Misir cümə axşamı İsrailin Qəzzada atəşkəslə bağlı son təklifini qəbul etdiyinə dair müsbət siqnallar aldığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu həftənin əvvəlində Misir Qəzzada atəşkəsi bərpa etmək məqsədi ilə Həmas və İsrailə yeni təklif təqdim edib. Həmas təklifi dərhal qəbul etsə də, İsrailin cavabı gecikdi.
Adının açıqlanmasını istəməyən mənbələr "İsraildən müsbət siqnal aldıqdan sonra Misir 40 günlük atəşkəs və hər həftə girovların azad edilməsini nəzərdə tutan təklifinin həyata keçirilməsi üçün yol xəritəsini müəyyən etmək üçün Qətər və İsrailə nümayəndə heyəti göndərib.
Bildirilib ki, Misir nümayəndə heyətləri Qətər vasitəçilərinin müşayiəti ilə İsrail və Fələstin rəsmiləri ilə görüşəcək və təklifin icra mexanizmini müzakirə edəcəklər.
Təklifə əsasən, İsrail ilk qrup israilli girovların azad edilməsindən sonra Rəfah sərhəd keçid məntəqəsini açacaq, humanitar yardımların və mobil evlərin Qəzzaya daxil olmasını asanlaşdıracaq və yaralıların təxliyyəsinə imkan verəcək.
Mənbələrdən birinin dediyinə görə, bazar günü atəşkəs elan oluna bilər, lakin bunun dərhal həyata keçirilib-keçirilməyəcəyi bəlli deyil.
Qeyd edək ki, HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücum edərək 251 nəfəri girov götürüb. İsrailin açıqladığı məlumatlara görə, Qəzzada hələ də 59 girov var və onlardan 35-nin həyatını itirdiyi təxmin edilir.
Gülay