Misirin xarici işlər naziri Samih Şükri bildirib ki, ölkəsi blokadada olan Qəzza zolağında daimi atəşkəsin təmin edilməsi üçün intensiv səylər göstərir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Misirin xarici işlər naziri Samih Şükri ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) yüksək səviyyəli İsrail-Fələstin sessiyasında çıxış edib.
Qəzza zolağında humanitar fasilə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarını həyata keçirmək üçün çalışdıqlarını ifadə edən Şükri deyib:
"Misir Qəzzada qalıcı atəşkəsin təmin edilməsi üçün sıx səylər göstərir".
Ayşən