Misirdə 2500 illik rəsədxana aşkar edildi

Misirdə 2500 illik rəsədxana aşkar edildi
DÜNYA
11:31 26.08.2024
146
Misirin Kafr Əl-Şeyx bölgəsində aşkar edilən xarabalıqda misirlilərin ulduzları seyr etdikləri rəsədxananın qalıqları aşkarlanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, gil kərpiclə tikilmiş rəsədxana 850 kvadratmetr ərazini əhatə edir və L formasında dizayn edilib.

Binanın girişi şərqə, yəni günəşin doğduğu istiqamətə baxır.
 
Aşkar edilən tapıntılar arasında qədim misirlilərin vaxtı izləmək üçün hazırladıqları əyri kölgə saatı diqqət çəkir.

Bu saat günəşin hərəkətini izləyərək günəşin doğuşundan batana qədər olan vaxtı təyin etmək üçün istifadə edilən bir növ günəş saatı idi.

Bundan əlavə, rəsədxananın müxtəlif otaqlarında günəşin meylini izləmək üçün istifadə edilən iri daş bloklar tapılıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR