Misirdə Qahirənin şimalındakı Qalyubia əyalətində bir qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.
Bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb. İlkin məlumatda qatar qəzasında səkkiz nəfərin öldüyü və 20-dən çox insanın yaralandığını bildirilmişdi. Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb.
Sonradan qeyd olunub ki, qəzada 109 vətəndaş xəsarət alıb.
Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.
//APA.az