Misirdə qaz kəmərində partlayış olub, ölənlər və yaralananlar var

Misirdə qaz kəmərində partlayış olub, ölənlər və yaralananlar var
DÜNYA
23:23 30.04.2025
170
Misirin Sitt-Oktobr şəhərində qaz kəmərində partlayış baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə yerli "Youm7" portalı məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaxınlıqda dayanan bir neçə avtomobil də yanıb.

İlkin məlumata görə, hadisəyə borudan qaz sızması səbəb olub. Hazırda yerli prokurorluq hadisənin başvermə şəraitini araşdırır.
OXŞAR XƏBƏRLƏR