Misirdə yaşayan Azərbaycan vətəndaşları Vətənə qayıtdılar

SİYASƏT
15:50 19.08.2013
1189
Xəbər verdiyimiz kimi, Misirdə baş verən hadisələrlə əlaqədar bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təxliyəsinin həyata keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən respublikamızın Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə təlimat verilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus təyyarə avqustun 18-də Bakıdan Qahirəyə yola düşmüşdü.AzərTAc xəbər verir ki, Misirdə yaşayan, işləyən və təhsil alan 48 Azərbaycan vətəndaşını gətirən FHN-ə məxsus təyyarə avqustun 19-da saat 14:20-də Bakıda yerə enmişdir.Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarəni fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə 

OXŞAR XƏBƏRLƏR