Misirdə 10 mərtəbəli yaşayış binasının uçması nəticəsində ölənləri sayı 25 nəfərə çatıb.
Bu barədə yerli "Akhbar El-Yom” portalı məlumat yayıb.
Faciə nəticəsində 24 nəfərin xəsarət aldığı qeyd olunub.
Məlumata əsasən, binanın birinci mərtəbəsində parça anbarı və tikiş fabriki yerləşib. Binada 100 nəfərdən çox sakin yaşayıb.
Brr neçə gün öncə tikilidə çatların əmələ gəldiyi və sakinlərinin müəyyən qisminin binanı tərk etdiyi bildirilib.
Hadisənin səbəblərinin araşdırılması məqdsədilə xüsusi komissiya yaradılıb.