Misirdən Qəzzaya: “Yeni atəşkəs təklifi var”

Misirdən Qəzzaya: “Yeni atəşkəs təklifi var”
DÜNYA
11:49 30.04.2024
112
Misirin xarici işlər naziri Samih Şükri İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağı üçün atəşkəs yaradılması təklifinin olduğunu açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Misirin xarici işlər naziri Samih Şükri Səudiyyə Ərəbistanında keçirilən Beynəlxalq Riyad İqtisadi Forumunda Qəzzada atəşkəslə bağlı açıqlama verib.

Şükri "Qəzzada atəşkəslə bağlı masada bir təklif var və hər iki tərəfin bunu araşdırması lazımdır", - deyə açıqlamasında bildirib.
 
Atəşkəs təklifi ilə bağlı ətraflı açıqlama verməyən Şükri Misirin Qəzzanın Rəfah bölgəsinə hərbi müdaxiləsini rədd etdiyini də vurğulayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR