Misirdən Türkiyəyə sərt addım

SİYASƏT
15:05 23.11.2013
1115
Misir hökuməti Türkiyə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmağa qərar verib.
Misir Türkiyədəki səfirini geri çağırıb və Türkiyənin Qahirədəki səfirindən ölkəni tərk etməsini tələb edib.

Xatırladaq ki, Misirdə prezident Məhəmməd Mursinin hərbi çevriliş nəticəsində devrilməsi Türkiyə hökumətinin kəskin etirazına səbəb olub. Ərdoğan hökuməti Misirdə çevriliş nəticəsində formalaşan hökuməti tanımır və M. Mursiyə dəstəyini davam etdirir.(APA)

OXŞAR XƏBƏRLƏR