Misirin Qəzzada üç mərhələli atəşkəs və bütün məhbusların mərhələli şəkildə azad edilməsini ehtiva edən təklif irəli sürdüyü iddia edilib.
AZXEBER.COM "The Times of Israel”a istinadən xəbər verir ki, ötən həftə Misirlə HƏMAS arasında Qahirədə keçirilən danışıqlarda iştirak edən mənbəyə istinad edilib.
Müvafiq olaraq, birinci mərhələdə 3 və ya 4 həftəyə qədər uzadıla bilən 2 həftəlik atəşkəsin nəzərdə tutulduğu, aralarında qadın, uşaq, qoca və xəstələrin də olduğu 40 israilli məhbusun çıxarılmasının planlaşdırıldığı bildirilib.
Bunun müqabilində İsrailin eyni kateqoriyadan olan 120 fələstinlini azad etməsi, sözügedən müddət ərzində atəşkəs bərqərar etməsi və İsrail tanklarını Qəzzadan çəkərək bölgəyə humanitar yardım çatdırması məqsədinin olduğu bildirilib.
İkinci mərhələdə fələstinli qruplar arasında görüşlərin keçiriləcəyi və İordan çayının qərb sahilində və Qəzzada texnokratik hökumətin qurulmasının müzakirə ediləcəyi iddia edilib.
Bildirilib ki, üçüncü və son mərhələ Qəzzadakı bütün israilli məhbusların azad edilməsi və hərtərəfli atəşkəs əldə edildikdən sonra sayı daha sonra müəyyən ediləcək fələstinli məhbusların azad edilməsidir.
Mikayıl