Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib
DÜNYA
02:03 01.11.2026
195
Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib.

AZXEBER.COM "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilən "IISS Manama Dialogue" beynəlxalq təhlükəsizlik forumunda çıxış edərkən bildirib.

"İkinci raund daha təhlükəli, dağıdıcı olacaq və heç bir nəticə verməyəcək. Biz keçmişdən dərs almalıyıq", - Abdel Ati deyib.

Eyni zamanda, "MS NOW" telekanalı mənbələrə istinadən xəbər verib ki, ABŞ administrasiyası Fars körfəzinin bir sıra ölkələrinə artıq noyabrın 4-də başlaya biləcək "qısa intensiv zərbələr dalğası"na hazırlaşmağın zəruriliyi barədə məlumat verib.
OXŞAR XƏBƏRLƏR