İyunun 21-də Bakıda - əsrarəngiz CRYSTAL HALL-da baş tutacaq “Miss Globe İnternational” beynəlxalq gözəllik yarışmasının yerli seçim turuna start verilib.
AZXEBER.COM xəbər verir ki, may ayının 16,17, və 18-i “Kempinski” otelin 6-cı mərtəbəsində yerləşən “Possedion” restoranında sənədlərin qəbulu aparılacaq.
Dünyaca məşhur müsabiqənin 89-cu finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna gözəlliyinə və intelektinə əmin olan 18-25 yaş arası subay qızlar qatıla bilər. Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə “Kempinski” otelin 6-cı mərtəbəsində yerləşən “Possedion” restoranındakı xüsusi sənəd qəbulu stendinə yaxınlaşmaq gərəkdir. 25.05.2014 tarixində isə nüfuzlu münsiflərin seçimi ilə “Miss Globe İnternational- Azerbaycan” adına layiq görüləcək iştirakçının adı məlum olacaq. “Özünə inan! Bəlkə də Sən Azərbaycanı “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasında təmsil edəcəksən!”
Ətraflı məlumat üçün: (012 ) 4804481 Qeyd edək ki, “Miss Globe Azerbaijan” Gözəllik Yarışması MERAC” production və SİGNS ART ADVENTURE” şirkətinin təşkilatçılığı, dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları”nın (Khazar İslands) BAŞ SPONSORluğu ilə baş tutacaq.