Rusiya yeni gözəlini seçilib.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu il 90 min rusiyalı qadın tac uğrunda mübarizə aparıb.
Bu il müsabiqə iştirakçılarından təkcə fiziki gözəlliklərini deyil, həm də akademik, idman, incəsənət və peşəkar fəaliyyətlərdəki nailiyyətlərini nümayiş etdirmələri tələb olunurdu. Müsabiqənin qaydalarına əsasən, gənc xanımlar 18-23 yaş arası, boyu 173 sm-dən aşağı olmamalı, tatusuz, subay, boşanmış və uşaqsız olmalıdır.
Ümumrusiya "Miss Rusiya 2025" müsabiqəsinin qalibi 22 yaşlı model, idmançı və cərrahlıq fakultəsində oxuyan Anastasiya Venza olub.
Venza təkcə bir milyon rubl və nüfuzlu beynəlxalq gözəllik müsabiqəsi tacını deyil, həm də noyabrda Taylandda keçiriləcək "Miss Universe 2025”də Rusiyanı təmsil etmək hüququ qazanıb.
Aysel