"Mister Türkiye 2026" müsabiqəsinin qalibi açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 30 iştirakçının mübarizə apardığı finalda Rizenin Ardeşen rayonundan olan Doğukan Navdar birinci olaraq "Mister Türkiye 2026" adına layiq görülüb.
Navdar səhnə performansı və xarizması ilə münsiflərin yüksək qiymətini qazanıb. O, qalibiyyətdən sonra bu titulun onun üçün böyük məsuliyyət olduğunu bildirib və dəstək olan hər kəsə təşəkkür edib.
Gülay











































