"Mitinqlərə getməyin" deyən dindara virtual hücum oldu: Profilini dağıtdılar

"Mitinqlərə getməyin" deyən dindara virtual hücum oldu: Profilini dağıtdılar
SİYASƏT
16:19 13.10.2016
1843
"Dindarlar Əli Kərimlinin yox, dövlətin və dövlətçiliyin yanındadır" sözləri Hacı Tahir Abbaslı üçün problem yaradıb.
 
Bu haqda AZXEBER.COM-a İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı özü deyib. O bildirib ki, saytımıza müsahibə verəndən sonra radikal dindarlar və AXCP fəalları ona qarşı virtual hücuma keçiblər: "Mən sizin sayta müsahibə verəndən və bunu öz profilimdə yayandan sonra fərdimə qarşı hücumlar başladı. Başda cəbhəci Natiq Adilov olmaqla AXCP fəalları və radikal dindarlar sosial şəbəkələrdə məni təhqir etməyə başladılar. Nəticədə isə profilim oğurlandı və bağlandı"
 
Partiya sədri məcburən yeni səhifə açıb: "Məcbur qalıb, yeni səhifə açdım. Artıq bilmirəm nə edim, o profildə mənim 5 minə yaxın dostum var idi. Bu adamlar sivil mübarizəni bacarmır deyə bu yola əl atdılar. Allah özü hər şeyi görür".
 
Qeyd edək ki, partiya sədri AZXEBER.COM-a müsahibəsində demişdi: "Xarici qüvvələr ölkəmizdə sabitliyi pozmağa meyldirlər. Belə olan vəziyyətdə insanlarımız olduqca diqqətli olmalıdır, şirin vədlərə, xoş sözlərə, pafosa aldanmamalıdır. Dövlətin və dövlətçiliyin yanında olmalıyıq, hər kəs bilir ki, ölkədə problem çoxdur, ancaq bu heç kimə əsas vermir ki, ölkədəki sabitliyi pozsun".
OXŞAR XƏBƏRLƏR