Həkimlər ağır kəllə-beyin travması almış "Formula-1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin vəziyyətini kritik qiymətləndirirlər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu əfsanəvi alman pilotun yerləşdirildiyi Qrenobl xəstəxanasının nümayəndəsi deyib.
Qeyd edək ki, 44 yaşlı sabiq pilot Fransanın Alp dağlarındakı Meribel dağ-xizək kurortunda xizəklə sürüşərkən ciddi xəsarət almışdı.