Rusiyanın Baş naziri Mixail Mişustin TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanı tutduğu vəzifədən azad edib.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, müvafiq sərəncam hüquqi aktlar portalında dərc olunub.
Qeyd edək ki, Mixail Qusman jurnalist, radio və televiziya aparıcısıdır, 1999-cu ildən TASS xəbər agentliyinin baş direktorunun birinci müavini vəzifəsini tutur.
O Rusiyada Azərbaycanı ən çox müdafiə edən jurnalistlərdəndir.
Qusman bir neçə gün öncə Şuşa Qlobal Media Forumunda iştirak etmişdi.