Mixail Saakaşvili Poroşenkonun məsləhətçisi olacaq?
DÜNYA
10:20 03.06.2014
1451
Rusiya, Gürcüstan və Ukrayna mətbuatında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və onun keçmiş iqtisadi yolgöstərəni Kaxa Bendukidzenin Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko tərəfindən dövləti idarə etmə üzrə məsləhətçi təyin ediləcəyini yazıb.ANS PRESS-in məlumatına görə, onların vəzifəyə təyin edilməsini Kiyev meri, Poroşenkonun silahdaşı Vitali Kliçko məsləhət görüb. Son müsahibələrinin birində Vitali Kliçko Saakaşvili və Bendukidze haqda bildirib ki, “Gürcüstan bizim üçün nümunədir" və onlar ehtiyac olarsa, öz xidmətlərini Ukraynanın yeni seçilmiş prezidentinə təklif edə bilərlər".CNBC kanalında çıxışında Gürcüstanın sabiq prezidenti bildirib ki, Kiyevə yola düşür və orada qarşıdakı günlərdə məsləhətlərlə "kömək etməyə" çalışacaq.Rusiya Federasiyasının xarici siyasət idarəsinin başçısı Sergey Lavrov Kiyevlə danışaraq Ukraynanın yeni hökumətinə Moskva ilə dialoqda Saakaşvilini vasitəçi etməməyi məsləhət görüb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də Poroşenkoya "qızılgüllər inqilabının" banisini "özünə yaxınlaşdırmamağı" məsləhət görüb.Ehtimal edilir ki, 46 yaşlı Saakaşvili Ukrayna siyasi səhnəsində məskən salıb Gürcüstana qayıtmayacaq.