Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib

Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
DÜNYA
18:43 08.06.2026
140
Moskva məhkəməsi "Yukos” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini (Rusiyada xarici agentlərin reyestrinə daxil edilib-red.) Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda təqsirli bilib.

Hakim iki maddə üzrə təqsirli bilinən Xodorkovskini 10 il müddətinə qiyabi olaraq azadlıqdan məhrum edib.

Xodorkovskiyə qarşı hərbi "feyk”lərlə bağlı cinayət işi 2023-cü ilin sentyabrında açılıb. Buna "X” sosial şəbəkəsində 9 sentyabr 2022-ci il tarixli paylaşım və onun "YouTube” kanalında 9 iyul 2024-cü il tarixində yerləşdirilmiş video səbəb olub.
 
///apa
OXŞAR XƏBƏRLƏR