MKM qalmaqalı böyüyür: Vaqif Səmədoğlu da münsiflər heyətindən istefa veribmiş

MKM qalmaqalı böyüyür: Vaqif Səmədoğlu da münsiflər heyətindən istefa veribmiş
MARAQLI
06:18 07.06.2011
1816

Pərviz Cəbrayılın “Yad dildə” romanının MKM-in 1-ci yerinə layiq görülməsi ədəbi dairələrdə birmənalı qarşılanmayıb. Hətta MKM-in münsiflər heyətinin bir neçə üzvü buna etiraz əlaməti olaraq istefa veriblər. 


Qalmaqalla bağlı müzakirələr davam edərkən məlum olub ki, Milli Kitab Mükafatının münsiflər heyətinə daxil olan daha bir yazıçı müsabiqənin ilk onliğuna düşən əsərlərlə tanış olmayıbmış.
Bunu Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli “Azadlıq” radiosundakı çıxışı zamanı etiraf edib. O, deyib ki, münsiflər heyətinin üzvü Vaqif Səmədoğlu da müsabiqəyə təqdim olunan əsərləri oxumayıbmış. Belə məlum olur ki, V.Səmədoğlu səhhətindəki problemlər səbəbindən mükafat uğrunda mübarizə aparan yazarların əsərlərini oxuya bilməyəcəyini bildiribmiş. Bu isə o deməkdir ki, V.Səmədoğlunun adı münsiflər heyətində göstərilsə də, o, faktiki istefa veribmiş. 

Xatırladaq ki, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev “Yad dildə” romanına 1-yerin verilməsinə etiraz əlaməti olaraq münsif üzvlüyünündən getdiklərini bəyan ediblər.

Daha öncə isə BDU-nun professoru, parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da işlərinin çoxluğu səbəbindən MKM-in Münsiflər Heyətindən istefa vermişdi.

/// modern.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO