‘Mladost’ – ‘Neftçi’ oyunundan sonra dava düşdü - VİDEO

İDMAN
01:01 10.07.2015
4572
Avropa Liqasında ilk təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Ölkəmizi turnirdə təmsil edən “Neftçi” səfərdə Monteqronun “Mladost” klubu ilə qarşılaşıb.
Bakıda keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alındığından mərhələnin taleyi məhz bugünkü qarşılaşmada bəlli olacaqdı. "Neftçi" matçın 72-ci dəqiqəsində hesabı açsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib və mübarizəni dayandırıb.
Qarşılaşmadan sonra hələlik qeyri-müəyyən səbəblərdən oyunçular arasında dava düşüb. Musavat.com həmin anın görüntülərini təqdim edir.
OXŞAR XƏBƏRLƏR