Bakıda baş məşqçi və 3 idmançı həbs olundu - MƏHKƏMƏ QƏRAR VERDİ

Bakıda baş məşqçi və 3 idmançı həbs olundu - MƏHKƏMƏ QƏRAR VERDİ
İDMAN
14:28 01.02.2024
1151
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətmələrinin təfərrüatları məlum olub.

"Report”un əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib.

Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.

Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil edəcəyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, dörd nəfər həbs olunub.

Hazırda xuliqanlıq maddəsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Ermənistan arasında sülh sazişi nə vaxt imzalanacaq? -  Deputat
15:51 23.09.2025
Azərbaycanla Ermənistan arasında sülh sazişi nə vaxt imzalanacaq? - Deputat
Azərbaycanda atalara xoş xəbər: Artıq onlar da…
15:37 23.09.2025
Azərbaycanda atalara xoş xəbər: Artıq onlar da…
Məşhur aktrisa "Arka sokaklar"a qayıdır
15:18 23.09.2025
Məşhur aktrisa "Arka sokaklar"a qayıdır
“Qadına həbsxana yaraşmır” - Yol polisindən xanım sürücülərə çağırış
15:05 23.09.2025
“Qadına həbsxana yaraşmır” - Yol polisindən xanım sürücülərə çağırış
“Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir” - Deputat
15:04 23.09.2025
“Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir” - Deputat
Qəzzada ölənlərin sayı artdı
15:02 23.09.2025
Qəzzada ölənlərin sayı artdı
“Prezidentin BMT-nin sessiyasındakı iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir” - Deputat
14:55 23.09.2025
“Prezidentin BMT-nin sessiyasındakı iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir” - Deputat
Naftalanda Şəhid Bəhruz Quliyevin ailəsi ziyarət olunub - FOTOLAR
14:45 23.09.2025
Naftalanda Şəhid Bəhruz Quliyevin ailəsi ziyarət olunub - FOTOLAR
İki ölkənin hava limanlarında dron həyəcanı - Uçuşlar müvəqqəti dayandırıldı
14:34 23.09.2025
İki ölkənin hava limanlarında dron həyəcanı - Uçuşlar müvəqqəti dayandırıldı
61 yaşlı müğənni 25 il sonra qızının atasına ərə getdi - FOTO
14:27 23.09.2025
61 yaşlı müğənni 25 il sonra qızının atasına ərə getdi - FOTO
Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsində sazişlər imzalanıb
14:22 23.09.2025
Qarabağda Azərbaycan və Türkiyə arasında təhsil sahəsində sazişlər imzalanıb
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR
14:15 23.09.2025
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTOLAR
Viza ala bilmədilər, konsert təxirə düşdü
14:11 23.09.2025
Viza ala bilmədilər, konsert təxirə düşdü
Qəzza Səhiyyə Nazirliyi: Qəzzanın səhiyyə sistemi pis vəziyyətdədir
14:07 23.09.2025
Qəzza Səhiyyə Nazirliyi: Qəzzanın səhiyyə sistemi pis vəziyyətdədir
Beş ildir eyni maşını sürürəm: Fatimədən irad
13:55 23.09.2025
Beş ildir eyni maşını sürürəm: Fatimədən irad
Emin Hüseynov: Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb
13:55 23.09.2025
Emin Hüseynov: Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb