MMP- də yeni qərarlar verildi

SİYASƏT
14:38 20.11.2013
1147

Xəbər verildiyi kimi Muasir Musavat Partiyasında seçkisonrası strukturlarda yeniləşmə kampaniyasına start verilib. Bununla bağlı partiyada çox ciddi işlər aparılır. Partiya öz İdarə Heyətini ,gənclər və qadınlar təşkilatını yeniləməyi ,passiv ,özünü doğrultmayan üzvləri təşkilatın tərkibindən kənarlaşdırmağa qərar verib.

MMP Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün bu məsələ ilə bağlı Muasir Musavat Partiyasının mərkəzi qərargahında toplantı keçirilib.Toplantıda qarşıda duran məsələlər ,qadınların və gənclərin fəallığının daha da artırılması üçün verilən təkliflər müzakirə edilib.

Cəmiyyətin aparıcı qüvvəsi sayılan gənclərin və qadınların içtimai –siyasi rolundan söhbət açan İdarə Heyətinin üzvləri bütün dünyada olduğu kimi Azərbaycanda da müəyyən dəyişiklklərin baş verdiyini deyiblər..Hər iki zümrənin baş verən proseslərdə xüsusi xidmətinin danılmaz olması qeyd edilib.Partiya rəhbərliyi bundan sonrakı, gələcək fəaliyyətlərini qadın və gənc kontingetin üzərində qurmağı planlaşdırır.

Dövlətin kiçik forması olan ailənin ən ağır yükünü səbrlə ,ləyaqətlə çəkən qadınların partiyaya cəlb edilməsi üçün əldə olan mümkün imkanlardan istifadə etməyə qərar verilib.

Gənclərlə iş isə Gənclər təşkilatına həvalə edilib.

Toplantıda cıxış edən MMP sədri Hafiz Hacıyev başladıqları işi daha da uğurla davam etdirmək üçün bu yenilənmənin çox vacib şərt olduğunu vurğulayıb.

Qeyd edək ki,,bu günki tədbirin keçirilməsində məqsəd də elə partiyanın gələcək fəaliyyətini daha yaxşı qurmaq, təşkilatın ictimai-siyasi proseslərə daha aktiv qoşulmasına nail olmaqdan ibarət olub

OXŞAR XƏBƏRLƏR