MMP Siyasi Şuranın toplantısı keçiriləcək

SİYASƏT
14:52 31.07.2013
1667

Bu gün Muasir Musavat Partiyasının Mərkəzi qərargahında partiyanın İdarə Heyəti və Seçki Qərargahının birgə toplantısı keçirilib.

Toplantıda ilk öncə dünyada və ölkədə baş verən hadisələr və həmin hadisələrə siyasi qiymət verilib . Baş verənlərin Azərbaycana təsiri götür-qoy edildikdən sonra, gündəlikdə duran əsas məsələlərin müzakirəsinə keçilib.

Toplantıda seçkiyə hazırlıq ,və cari məsələlər müzakirəyə çıxarılıb.

Seçki Qərargahının rəhbəri Rəsul Məmmədov SQ-nın işi barədə öz hesabatını verdikdən sonra, söz partiyanın prezidentliyə namizədi Hafiz Haciyevə verilib.

Hafiz Hacıyev hadisələrə öz münasibətini bidirib:” Ölkədə seçkilərə ciddi hazırlıq gedir.İqtidarlı-müxalifətli, hamı öz gücünü götür-qoy edir.Bir yandan da ölkəyə xaricin basqıları .Hadisələr göründüyündə də bəlkə qəlizdir.Ancaq hələlik ölkədə sakitlik hökm sürür.Milli Şurada təmsil olunanlar da hələlik bir-birini ittiham etməklə məşğuldurlar.Bütün bu deyilənləri nəzərə alıb, səylə çalışmalıyıq. Bizi qarşıda çox ciddi sınaqlar gözləyir. Strukturlarımız tam aktiv hala gətirilməlidir.Gedən proseslərə qarşı və ya dəstək vermək üçün gücümüzü səfərbər etməliyik.Bütün bunlarla yanaşı 50 min imzanı toplamaq da lazımdır ”.

Daha sonra rayon təşkilatlarında son durum müzakirə edilib.

Toplantının sonunda qərar verilib ki, partiya üzvləri tərəfindən namizədliyi irəli sürülən Hafiz Hacıyevin ,nizamnaməyə uyğun olaraq Siyasi Şurada namizədliyinin təsdiq edilməsi üçün çox yaxın tarixdə şuranın toplantısı keçirilsin.

Bununla da toplntı öz işini başa çatdırıb.

OXŞAR XƏBƏRLƏR