MN: Azərbaycan Ordusu tərəfindən təminat maşınına atəş açılması barədə məlumatlar yalandır

MN: Azərbaycan Ordusu tərəfindən təminat maşınına atəş açılması barədə məlumatlar yalandır
SİYASƏT
22:36 05.10.2021
629
"Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində təminat maşınına zərər dəyməsi barədə yayılan məlumatlar yalandır".

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.

Xatırladaq ki, İran və Ermənistan rəhbərliyi Azərbaycanı İsrail hərbçilərinin Qarabağa yerləşdirilməsi ilə ittiham edirlər.
OXŞAR XƏBƏRLƏR