MN: "Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində atəş açması yalandır"

MN: "Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində atəş açması yalandır"
SİYASƏT
13:17 05.07.2022
815
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - nazirlikdən qeyd olunub.
OXŞAR XƏBƏRLƏR