MN bəzi şəxslərə “Müharibə veteranı” adının verilməməsinə münasibət bildirib

MN bəzi şəxslərə “Müharibə veteranı” adının verilməməsinə münasibət bildirib
SİYASƏT
19:58 28.03.2022
590
Müdafiə Nazirliyi son günlər vətəndaşların sosial şəbəkələr vasitəsilə "Müharibə veteranı” adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə cavab verib.

Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, bəzi şəxslər "Müharibə veteranı” adının verilməsi ilə bağlı əsassız tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar:

"Bildiririk ki, səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara "Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.

Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir".
OXŞAR XƏBƏRLƏR