MN: Düşmən kvadrokopteri məhv edilib

SOSİAL
17:43 26.10.2020
539

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib", - açıqlamada qeyd olunub.

OXŞAR XƏBƏRLƏR