Müdafiə Nazirliyi erməni hərbçinin yaralanması xəbərini təkzib etdi

Müdafiə Nazirliyi erməni hərbçinin yaralanması xəbərini təkzib etdi
SİYASƏT
17:28 28.09.2021
1160

Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd edək ki, erməni KİV bu gün Qeqarqunik vilayətində bir erməni hərbçinin əlindən güllə yarası alması barədə məlumat yaymışdı.

OXŞAR XƏBƏRLƏR