Ermənistana məxsus kvadrokopterin kəşfiyyat uçuşları cəhdinin qarşısı alınıb - RƏSMİ

SİYASƏT
12:10 19.08.2024
212
Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR