MN: Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

MN: Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
SİYASƏT
18:58 19.05.2022
526

Mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorc yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

 

OXŞAR XƏBƏRLƏR