MN: Ukrayna SQ əks-hücum əməliyyatları həyata keçirir

MN: Ukrayna SQ əks-hücum əməliyyatları həyata keçirir
DÜNYA
19:46 19.04.2023
253
Ukrayna Silahlı Qüvvələri cəbhədə əks-hücum əməliyyatları aparır.

Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ölkə televiziyasının efirində telemarafon zamanı deyib.

Malyar onu da qeyd edib ki, əks hücumla yanaşı həmçinin Baxmut şəhərinin müdafiəsi dava etdirilir və eyni zamanda, Ukrayna ordusu komandanlığının ölkə ərazilərinin işğaldan azad edilməsi ilə bağlı bir neçə planı var.

"Ukrayna ordusu əks-hücuma hazırlıq zamanı texnika, canlı qüvvə ehtiyatlarını formalaşdırmalı və bir neçə hərəkət variantını hesablamalıdır. Hazırda kompleks tədbirlər həyata keçirilir.

Komandanlığın artıq bir neçə hücum planı var, onlardan biri qısa müddətdə və elə seçiləcək ki, düşmənin hazırlaşmağa vaxtı olmasın”, - deyə nazir müavini əlavə edib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR