Koronavirus epidemiyası ilə bağlı mobil tətbiqlərdən istifadənin artması ilə əlaqədar xərclənən vəsaitin məbləğində də artım olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bütün cihazlar arasında 53 faiz paya malik olan mobil oyun sənayesi keçən il ümumi gəliri 90 milyard dollardan çox olub.
Məlumata görə, istifadəçilər təkcə 2023-cü ilin birinci rübündə tətbiq mağazalarına 33,9 milyard dollar xərcləyiblər.
"iOS” istifadəçilərinin ümumi tətbiq mağazası xərclərinin 65 faizini təşkil edib. Bu ilin birinci rübündə App Store 21,7 milyard dollar, Google Play isə 12,2 milyard dollara yaxın gəlir əldə edib.
Aydın