Moda əfsanəsi Valentino Qaravani vəfat etdi

Moda əfsanəsi Valentino Qaravani vəfat etdi
DÜNYA
21:18 19.01.2026
373
İtalyan modelyer və tanınmış dəb evi "Valentino"nun təsisçisi Valentino Qaravani vəfat edib.

Bu barədə "La Repubblica" məlumat yayıb.

Məlumata görə, modelyer 19 yanvar bazar ertəsi günü 93 yaşında Romadakı evində ölüb.

Qaravani ilə vida mərasimi 21 və 22 yanvar tarixlərində keçiriləcək və o, 23 yanvar cümə günü "Santa Maria Macore" kilsəsində dəfn olunacaq.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR