Model Günay Musayeva ona xəyanət edən əri haqqında danışdı
ŞOU-BİZNES
13:30 25.12.2011
3870
Günay Musayeva türk mətbuatında əri, tanınmış aktyor Tolga Karelin ona xəyanət etməsi ilə bağlı yazılmış xəbərləri təkzib edib. "Dekabrın 20-də Tolganı ziyafətə dəvət etmişdilər. Və israr edirdi ki, mən də onunla həmin tədbirə gedim. Hamilə olduğum üçün anlayış göstərdi və məni siqaret tüstülü, içkili insanların çox olacağı məkana aparmadı. Yayılan fotolarda həyat yoldaşımın bir vaxtlarda münasibətləri olmuş aktrisa Öykü Çeliklə, model Tuğba Melis Türklə paparassilərin obyektivlərinə tuş gəldiklərini inkar etmirəm. Siz də jurnalistsiz və yəqin, təsdiqləyərsiniz ki, "partladan xəbər" tapmaq bütün dünyada media mənsublarının əsas hədəfidir.Sözüm ondadır ki, jurnalistlər xəbəri təhrif ediblər. Tolganın yanındakı digər dostları ilə fotolarını montaj edərək, yalnız qızlarla olanı yayımlayıblar. Əslində qızlardan biri Melisa ilə şəxsi tanışlığım var. Ailəmizə gəlib-gedən adamdır. Eyni məclisdə görüşüblər. Və bir masa kənarında düşmən kimi oturmayacaqdılar ki? İnanın, zərrə qədər də qısqanclıq hissi keçirmədim. Çünki ərim haraya getsə də, gecəni öz ailəsilə keçirir. Bir də Tolganın keçmişdə kimlərlə münasibəti olması qətiyyən məni narahat etmir. Əsas - bu gün və sabahla yaşamaq lazımdır. O, məni sevir. Mən də həyat yoldaşıma güvənib, etibar edirəm. Boş-boş söhbətlər əhvalımıza mənfi təsir göstərmir. İkimiz də səbrsizliklə dörd aydan sonra dünyaya gələcək oğlumuzu qucağımıza alacağımız günü gözləyirik", - Günay belə dedi.