“Model”dən şad xəbər

“Model”dən şad xəbər
MAQAZİN
12:59 08.09.2016
1248

Türk rok qrupu 2017-ci ildə albom çıxaracaq.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, son albomlarını 2013-cü ildə təqdim ediblər. 

“Levlanın hikayesi” adlı 3-cü albomdan sonra “Model” heyranlarını yeni albomla sevindirəcək. Sosial şəbəkədə qrup bu haqqda məlumat paylaşıb: “Qrupun üzvləri fərqli layihələrdə çalışır. Can və Okan buna görə bir müddət Amerikada qalacaq. Fatma bu müddət ərzində solo konsertlərini verəcək. 

Konsertdə qrupa aid olan mahnıları da ifa edəcək. Kerem də Fatmaya konsertdə yoldaşlıq edəcək. Fatma ilk mahnısı yaxın günlərdə yayımlayacaq.

Qızılgül

OXŞAR XƏBƏRLƏR