Modeli qaşına görə meymuna bənzətdilər

Modeli qaşına görə meymuna bənzətdilər
MAQAZİN
01:39 01.11.2022
492
Mono qaşlı amerikalı modeli internetdə təhqir ediblər.

Bu mövzuda o, "The Sun"a müsahibəsində danışıb.

21 yaşlı Kena Jonel, 16 yaşında üz tüklərini yolmağı dayandırdığını və o vaxtdan qalın bir tək qaş böyüdüyünü söyləyib. Qızın sözlərinə görə, real həyatda hər kəs onun xarici görünüşünü tərifləsə də, sosial şəbəkələrdə abunəçilərin, əsasən də kişilərin təqibləri ilə üzləşib.

"TikTok-a başladığımdan bəri, onlar məni meymun və mağara adamı ilə müqayisə etdiklərini ediblər. Nifrət edənlərdən biri hətta mənim qaşımı soxulcan adlandırdı", - deyə Conel gileylənib və əlavə edib ki, nifrətə baxmayaraq, sosial şəbəkələrdə mono qaşlarını göstərməyə davam edəcək, çünki ona görə özünü ən çox güvəndə hiss edir.
 
///Milli az
OXŞAR XƏBƏRLƏR