Modul tipli xəstəxanalar yenidən fəaliyyət göstərəcək? - AÇIQLAMA

Modul tipli xəstəxanalar yenidən fəaliyyət göstərəcək? - AÇIQLAMA
SOSİAL
17:03 18.07.2022
227
TƏBİB koronavirusa yoluxma sayının artması nəticəsində yenidən modul tipli xəstəxanaların fəaliyyət göstərib-göstərməyəcəyi məsələsinə aydınlıq gətirib.
 
AZXEBER.COM-un məlumatına görə, qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir:

"Fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilir və təhlil aparılır. Hazırda mövcud çarpayı sayı yetərlidir”.
OXŞAR XƏBƏRLƏR