Moldova müdafiə naziri: “Ordunun modernizasiyası prosesini həyata keçiririk”

Moldova müdafiə naziri: “Ordunun modernizasiyası prosesini həyata keçiririk”
DÜNYA
19:58 18.05.2023
215
Biz silahlı qüvvələrin, ehtiyat birliklərin müntəzəm məşqlərini keçiririk və ordunun modernizasiyası və transformasiyası prosesini həyata keçiririk.

Bunu Moldova müdafiə naziri Anatoli Nosatıy bildirib.

Onun sözlərinə görə, Moldova Müdafiə Nazirliyi əməliyyat imkanlarını artırmaq üçün gərgin işləyir:

"Prosesə köhnə sovet texnikasını NATO standartlarına uyğun olan yeniləri ilə əvəzləmək daxildir. Qeyd etmək istəyirəm ki, bu proses xeyli resurs tələb edir. Bundan başqa, şəxsi heyətin təlimi də lazımdır. Bu proses vaxt tələb edir və müqaviləmiz də buna imkan verir”.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.
 
///Report
OXŞAR XƏBƏRLƏR