Moldova Milli Ordusunun hərbçiləri NATO-nun təşəbbüsü ilə keçiriləcək "Agile Spirit 25” hərbi təlimlərində iştirak etmək üçün Gürcüstana yola düşəcəklər.
Bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, "Agile Spirit 25” təlimlərinin əsas məqsədi tərəfdaş ölkə ordularının döyüş qabiliyyətini artırmaqdır.
İyulun 23-dən avqustun 7-dək davam edəcək təlimlərdə Bolqarıstan, Gürcüstan, Almaniya, Litva, Moldova, Polşa, Rumıniya, Türkiyə, Ukrayna və ABŞ hərbçiləri iştirak edəcəklər.
/APA