Moldova parlamentində axtarış aparılır

Moldova parlamentində axtarış aparılır
DÜNYA
18:19 31.07.2024
130
Moldova İnformasiya və Təhlükəsizlik Xidməti və prokurorluq orqanları əməkdaşları parlament binasında axtarış aparırlar.

Bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat katibi Daniela Mınzat brifinqdə bildirib.

"Hazırda Cinayətkarlıqla mübarizə və xüsusi işlər üzrə Prokurorluğun rəhbərliyi ilə cinayət işi üzrə prosessual hərəkətlər həyata keçirilir”, - o qeyd edib.

Bundan əvvəl yerli KİV axtarışın parlamentin hüquq departamentinin rəhbəri İon Kreanqanın ofisində aparıldığını yazıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR