Moldovalı ombudsman Milli Məclisin Fəxri medalı təltif edildi
SİYASƏT
19:00 31.10.2013
1117
Oktyabrın 31-də Milli Məclisin sədri Oqtay Əsədov, III Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana gəlmiş Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu ilə görüşüb.Milli Məclisin sədri Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə və Ermənistan parlamentində çıxış edərək rəsmi İrəvanın azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq siyasətini kəskin tənqid etdiyinə görə Azərbaycan xalqı adından qonağa mənnətdarlığını bildirib: "Sizin bu çıxışınızdan sonar ermənilər tərəfindən təzyiq və təqiblərə məruz qalmağınız onların terrorçu mahiyyətini bir daha göstərdi. İşğalçı ölkənin parlamentində səsləndirdiyiniz fikirlər və qətiyyətli çıxışınız sizin ombudsman institutuna sadiqliyinizi və ədalətli müvəkkil olduğunuzu göstərib.O. Əsədov, insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalını Aureli Qriqoriuya təqdim edib.Səmimi görüşə və fəaliyyətinə Azərbaycan parlamenti tərəfindən verilən yüksək qiymətə görə minnətdarlığını bildirən qonaq deyib ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilmiş, 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın və məcburi düşmüşdür: "Bu fakt ədaləti bərpa etmək üçün Ermənistan parlamentində səsləndirilib".Öz fəaliyyətində daim ədalət prinsiplərinə əsaslandığını bildirən A.Qriqoriu diqqətə çatdırıb ki, ermənilərin təhdidlərinə baxmayaraq onu dəstəkləyənlərin də sayı çox olub.