AZXEBER.COM xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Trend-ə, APA-ya və "Xəzər Tv”yə birgə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, eyni sual üzrə müxtəlif illərdə eyni yaş qrupundan olan uşaqların cavablarını müqayisə etmək dinamikanı daha yaxşı göstərir.
Emin Əmrullayev bildirib ki, sualları dərhal açıqladıqda, şagirdlər məhz həmin suallarla hazırlanırlar və nəticələr eyniləşir:
"Buna görə də biz üç-dörd ildən sonra əvvəlki sualları açıqlamağı planlaşdırırıq.
Hər il tədricən inkişaf müşahidə edirik. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müəllim dörd il ərzində dərs deyibsə, həmin sinfin əldə etdiyi nailiyyətlərdə onun da payı var. Biz nəticələri ölçürük və müzakirə edirik”.











































