Monteneqro İranın Naxçıvana hücumunu pisləyib

Monteneqro İranın Naxçıvana hücumunu pisləyib
SİYASƏT
22:51 05.03.2026
280
Monteneqro İranın Azərbaycanın Naxçıvan bölgəsinə qarşı həyata keçirdiyi hücumu qəti şəkildə pisləyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyinin "X" hesabında yaydığı açıqlamada bildirilib.

"Monteneqro İranın Azərbaycanın Naxçıvan regionuna qarşı hücumunu qəti şəkildə pisləyir. Bu cür addımlar regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır”, – deyə bəyanatda qeyd olunub.

Açıqlamada gərginliyin azaldılması və dialoqa qayıdışın vacibliyi vurğulanıb.

Monteneqro Azərbaycanın xalqı ilə həmrəy olduğunu bildirərək vəziyyətin dərhal deeskalasiyasına çağırıb.
OXŞAR XƏBƏRLƏR