Monteneqroda Azərbaycan hökumətinin maliyyəsi ilə bağça tikilir

MAQAZİN
13:35 13.03.2013
1291

Martın 12-də prezident İlham Əliyev Monteneqronun Bielo-Pole şəhərində Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə inşa etdirilən uşaq bağçasının layihəsi ilə tanışlıq olub. AZXEBER.COM-un AzərTac-a istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyevə uşaq bağçasının inşası ilə bağlı görülən işlər barədə məlumat verilib və son nəticəni əks etdirən layihələr və şəkillər nümayiş etdirilib. Azərbaycan dövlətinin başçısı yeni park layihəsinə də baxıb. Daha sonra Bielo-Pole şəhərinin meri Aleksandr Juliç Prezident İlham Əliyevə üzərində şəhərin rəmzi əks olunan xatirə lövhəsi təqdim edib.

OXŞAR XƏBƏRLƏR