Dələduzluqda ittiham olunan "Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edib.
O, Havvaxanım Rüstəmovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili çıxışında müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.
Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi mülki iddianın tam təmin olunmasını xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Havvaxanım Rüstəmova 3 il müəyyən vəzifə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib.
///apa.az///











































