"Moped sürənlər təhlükə yaradır" - Tolik - VİDEO

"Moped sürənlər təhlükə yaradır" - Tolik - VİDEO
SOSİAL
14:12 18.08.2025
134
 
Aparıcı Tarix Əliyev (Tolik) şəxsi sosial hesabından moped sürənlərin qəsdən qəza törətdikləri hada fikir səsləndirib. 

AZXEBER.COM xəbər verir ki, o, moped sürən gənclərin bilərəkdən qayda pozub, qəza yaranmasına şərait yaratdıqlarını deyib:
 
"Gənc və iş tapa bilməyənlər kuryer kimi çalışır. Hər zaman onların yanında olmuşam. Son zamanlar moped sürənlər bu işi özləri öyrənir. Onların bu bacarığa sahib olması üçün kurs da yoxdur. Bu da piyadaları və maşın sürənləri qəzəbləndirir. Bəzən bahalı maşın sürənlər onların üstünə gəlir. Bu, pisdir. Amma bir neçə gündür görürəm ki, bir çox gənc bilərəkdən qayda pozur, qəza yaranmasına şərait yaradır. Böyük problemlərə səbəb olurlar. Bu hala təkcə sürücülərin arasında yox, piyada keçidində də rast gəlinir. Polis onları saxlayanda, aparıb cəza verəndə isə səs-küy salırlar. Bu gün başıma gələni çəkmədim, amma günahkar idi. Ölümlə nəticələnə bilərdi. Diqqətli olun".
 

 
OXŞAR XƏBƏRLƏR