Mopedlə avtomobil toqquşdu: 17 yaşlı kuryer dünyasını dəyişdi
SOSİAL
00:22 02.05.2026
575
Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Məlumata görə, hadisə zamanı "Chevrolet” markalı minik avtomobili ilə moped toqquşub. Nəticədə mopedin sürücüsü, 2009-cu il təvəllüdlü Yusif Babayev hadisə yerində ölüb.