Morata Səudiyyə Ərəbistanına köçə bilər

İDMAN
18:24 16.06.2023
219
İspaniyalı hücumçu Alvaro Morata Səudiyyə Ərəbistanına köçə bilər.

"Əl-Taavon” 30 yaşlı forvardı transfer etməkdə maraqlıdır.

Ərəblər Madrid "Atletiko”sunun şərəfini qoruyan Morataya 3 illik müqavilə qarşılığında 200 milyon avro təklif edib. İspaniya millisinin üzvünün verdiyi cavab hələlik açıqlanmayıb.

Qeyd edək ki, Alvaro son mövsümdə 45 matçda 15 dəfə fərqlənib.
 

OXŞAR XƏBƏRLƏR