Moskva aeroportlarında güclü qar səbəbindən onlarla aviareys gecikir

Moskva aeroportlarında güclü qar səbəbindən onlarla aviareys gecikir
DÜNYA
13:09 11.12.2022
235

Rusiya paytaxtı Moskva şəhərinin aeroportlarında güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, Moskvada güclü qar yağır və artıq qarın hündürlüyü 20 santimetrə qədər çatıb.

Dekabrın 11-i Moskva vaxtı ilə saat 9:30-a olan məlumata görə, "Vnukovo” hava limanında dörd aviareys gecikib, daha dörd aviareys təxirə salınıb. "Domodedovo” aeroportunda 44 aviareys gecikib, "Şeremetyevo”da 13 aviareys gecikib, iki aviareys təxirə salınıb.

OXŞAR XƏBƏRLƏR